​ABŞ-ın dövlət katibi Rusiyanı Minsk razılaşmalarına əməl etməyə çağırıb

​ABŞ-ın dövlət katibi Rusiyanı Minsk razılaşmalarına əməl etməyə çağırıb "Rusiya separatçıları silahla təmin etməkdə davam edir"
Digər ölkələr
23 Aprel , 2015 23:47
​ABŞ-ın dövlət katibi Rusiyanı Minsk razılaşmalarına əməl etməyə çağırıb

Bakı. 23 aprel. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon söhbətində Moskvanı Minsk razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıb. İki dövlətin xarici siyasət idarələri rəhbərlərinin telefon söhbəti çərşənbə günü baş tutub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin cümə axşamı yaydığı məlumatda bildirilir.

"Kerri təkidlə bildirib ki, Rusiya Minsk sazişləri, o cümlədən Rusiya qoşunlarının Ukraynanın şərq ərazilərindən çıxarılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməldir", - deyə məlumatda bildirilir.

Kerrinin sözlərinə görə, Rusiya separatçıları ağır texnika ilə təmin etmək və onlara təlim keçməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi