ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edəcək Türkiyə XİN rəhbəri: "Reks Tillerson Türkiyəyə gəlmək istədiyini söylədi"
Digər ölkələr
17 Mart , 2017 00:14
ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edəcək
Courtesy İmage

Bakı. 17 mart. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, qeyd edib ki, ABŞ rəsmisinin səfəri martın 30-da baş tutacaq. Vaşinqtonun diplomatik rəsmiləri hələlik bu məlumata hər hansı açıqlama verməyiblər.

Türkiyə XİN rəhbəri "Habertürk TV"-ə müsahibəsində isə "ABŞ-ın dövlət katibi martın 30-da Türkiyəyə gəlmək istədiyini söylədi və mən də bunun uyğun vaxt olduğunu dedim. Əgər həmin gün baş nazirimiz Ankarada olsa, ABŞ-ın dövlət katibini qəbul edəcək" - deyə bildirib.  

Yalnız ABŞ-ın "Al Monitor" saytı da R.Tillersonun Türkiyəyə səfər edəcəyini bildirib. Saytın məlumatına görə, Reks Tillerson Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla, habelə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək. 

Son xəbərlər

Orphus sistemi