ABŞ-ın dövlət katibi: “Prezident Rusiya ilə münasibətlərin normallaşması üçün mənə tapşırıq verib”

ABŞ-ın dövlət katibi: “Prezident Rusiya ilə münasibətlərin normallaşması üçün mənə tapşırıq verib” Onun sözlərinə görə, Moskva ilə ehtimal olunan əlaqələrin cari araşdırılması buna mane olmamalıdır
Digər ölkələr
6 İyun , 2017 13:50
ABŞ-ın dövlət katibi: “Prezident Rusiya ilə münasibətlərin normallaşması üçün mənə tapşırıq verib”

Bakı. 6 iyun. REPORT.AZ/ “Prezident mənə siyasi sahədə baş verənlərdən asılı olmayaraq, Rusiya ilə münasibətlərin yaxşılaması işinə müdaxilə etməyimi dəqiq olaraq tapşırıb”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Yeni Zelandiyada mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Moskva ilə ehtimal olunan əlaqələrin cari araşdırılması buna mane olmamalıdır.

Qeyd edək ki, Reks Tilleron Yeni Zelandiyada rəsmi səfərdədir.

Son xəbərlər

Orphus sistemi