ABŞ-ın dövlət katibi NATO-nun baş katibi ilə görüşəcək

ABŞ-ın dövlət katibi NATO-nun baş katibi ilə görüşəcək ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
Digər ölkələr
3 Sentyabr , 2019 02:15
ABŞ-ın dövlət katibi NATO-nun baş katibi ilə görüşəcək

ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının nümayəndəsi məlumat yayıb.

Bildirilir ki, tərəflər cari təhlükəsizlik məsələlərini, NATO ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşünü, eləcə də alyansın üzvü olan ölkələrin dövlət başçılarının görüşünü müzakirə edəcəklər. 

Görüşdə həmçinin Əfqanıstanda NATO-nun missiyasını, habelə sülh yaratma prosesini müzakirə edəcəklər.

Daha əvvəl ABŞ-ın dövlət katibi rəsmi Vaşinqtonun müttəfiqləri və tərəfdaşlarını İran "sabitliyi pozan davranışları dayandırmayana qədər" bu ölkəyə qarşı təzyiqi gücləndirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi