ABŞ-ın dövlət katibi İsraildə İran məsələsini müzakirə edəcək

ABŞ-ın dövlət katibi İsraildə İran məsələsini müzakirə edəcək ABŞ-ın dövlət katibi Maykl Pompeonun İsrailə səfəri başlayıb.
Digər ölkələr
13 May , 2020 09:48
ABŞ-ın dövlət katibi İsraildə İran məsələsini müzakirə edəcək

ABŞ-ın dövlət katibi Maykl Pompeonun İsrailə səfəri başlayıb. 

“Report xəbər verir ki, məlumatı “newsru.co.il” yayıb.

Bildirilib ki, səfər çərçivəsində İranla bağlı problemlər, koronavirusa qarşı mübarizədə əməkdaşlıq, İsrail hökumətinin İordan çayının qərb sahilinin ilhaq planına dair məsələlərin müzakirə olunacağı planlaşdırılıb. 

Dövlət katibinin koalisiya hökumətinin üzvü, “Kaxol Lavan” blokunun başçısı Beni Qansla da görüşü nəzərdə tutulub.

Məlumata görə, Maykl Pompeo və onun nümayəndə heyətinin üzvlərinə karantin rejiminin tələbləri tətbiq edilməyəcək. Çünki ABŞ hökumətinin bütün üzvləri, o cümlədən nümayəndə heyəti ölkəsində COVID-19-la bağlı testdən keçib.

Dövlət katibinin səfəri ilə əlaqədar İsrailin yeni koalisiya hökumətinin mayın 13-nə nəzərdə tutulan andiçmə mərasimi mayın 15-nə keçirilib. 

Son xəbərlər

Orphus sistemi