Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın ümumi dövlət borcu 20 trilyon 546 milyard dollara çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı rəqəmlər Nyu-Yorkun Manhetten rayonunun Tayms-skver hissəsində qurarşdırılan elektron monitorda nümayiş etdirilib.
Bununlada ABŞ-da hər ailənin 172 min dollardan çox borcu olduğu açıqlanıb.
Məlumata görə, 2000-ci ildə elektron tabloda bu rəqəm 5,7 trilyon dollar kimi göstərilmişdi. Sonrakı dövrdə borc azalmağa başlayıb. Tablo isə iki il söndürülmüş vəziyyətdə saxlanılıb. Borc artandan sonra onu yenidən işə salıblar. 2008-ci ildə isə ABŞ-ın dövlət borcu 10 trilyon dollara çatıb.
Elektorn tabloda 15 işarəli rəqəm nəzərdə tutulmayıb. Ona görə də monitorda yenidənqurma işlərinin aparılacağı gözlənilir.