ABŞ-ın Davos forumundakı nümayəndə heyətinə Stiven Mnuçin başçılıq edəcək

ABŞ-ın Davos forumundakı nümayəndə heyətinə Stiven Mnuçin başçılıq edəcək ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Ümumdünya İqtisadi Forumunda Birləşmiş Ştatların nümayəndə heyətinə başçılıq edəcək.
Digər ölkələr
2 Yanvar , 2020 05:49
ABŞ-ın Davos forumundakı nümayəndə heyətinə Stiven Mnuçin başçılıq edəcək

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Ümumdünya İqtisadi Forumunda Birləşmiş Ştatların nümayəndə heyətinə başçılıq edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

Məlumata görə, forum yanvarın 21-dən 24-dək keçiriləcək.

Birləşmiş Ştatların nümayəndə heyətinin tərkibinə həmçinin ticarət naziri Uilbur Ross, ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer, prezidentin böyük müşaviri Cared Kuşner daxildir.

Tramp ötən il də Ümumdünya İqtisadi Forumunda iştirakını ləğv etməyə məcbur olub. Buna səbəb ABŞ-dakı büdcə böhranı olub. Böhran nəticəsində federal hokümətin işi qismən dayandırılmışdı.

Son xəbərlər

Orphus sistemi