ABŞ-ın Corciya ştatında qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub

ABŞ-ın Corciya ştatında qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub Floridada "Disney World" bağlanıb
Digər ölkələr
9 Sentyabr , 2017 01:55
ABŞ-ın Corciya ştatında qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub

Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-da Karib dənizi adaları üzərində cərəyan edən və hazırda yaxınlaşmaqda olan "İrma" qasırğasına hazırlıq işləri davam edir.

"Report" xəbər verir ki, Amerika telekanallarının məlumatına görə, şənbə günündən bazar ertəsinə qədər Floridada yerləşən dünyanın ən böyük əyləncə mərkəzi olan "Disney World" bağlanıb.

Müəssisənin çərşənbə axşamı işini bərpa edəcəyi gözlənilir.

Bü ərəfədə prezident Donald Tramp yaxınlaşmaqda olan "İrma" qasırğasına görə, Corciya ştatında fövqəladə vəziyyət rejimi elan edib.

Son xəbərlər

Orphus sistemi