Bakı. 26 iyul. REPORT.AZ/ ABŞ-ın Pekindəki səfirliyinin binası qarşısında baş vermiş partlayışı Çin rəsmi dövlət mənbələri təsdiqləyib.
"Report" xəbər verir ki, şahidlərin sözlərinə görə, bir kişi əlində əldəqayırma partlayıcı qumbara ilə səfirliyin binasına soxulmağa çalışıb. Qurğu partladığından o, yaralanıb. Hadisə baş verən rayonda İsrail və Cənubi Koreya səfirlikləri də yerləşir.
*** 10:12
Bakı. 26 iyul. REPORT.AZ/ ABŞ-ın Pekindəki səfirliyinin binası qarşısında partlayış olub.
“Report” xəbər verir ki, məlumatı “The Associated Press” yayıb.
Bildirilib ki, hazırda partlayşın səbəbi araşdırılır.