Yuxarı

ABŞ-ın Cənubi Karolina ştatında baş vermiş silahlı insident zamanı 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Atəş açan yeniyetmə polis tərəfindən saxlanılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ-ın Cənubi Karolina ştatının Anderson dairəsində baş vermiş silahlı insident zamanı 1 müəllim və 2 şagird yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Məlumata görə, atışmadan dərhal sonra şagirdlər və müəllimlər məktəbdən təxliyə olunub. 

Onlara atəş açan şəxs yeniyetmə olub. O, polis tərəfindən saxlanılıb.


***22:58

ABŞ-ın Cənubi Karolina ştatının Anderson dairəsində silahlı insident baş verib.

"Report"un məlumatına görə, bu barədə "BNO News" xəbər yayıb.

Məlumata görə, hadisə zamanı 2 şagird yaralanıb. Onlardan biri 7 yaşındadır. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə heç bir məlumat verilmir. 

Məlumata görə, məktəbin yaxınlığında cəsəd tapılıb. Lakin bəzi yerli media orqanları cinayətdə şübhəli bilinən şəxsin həbs edildiyini bildirir.

Hadisənin təfərrüatı açıqlanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi