ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsinin adı bu həftə açıqlanacaq

ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsinin adı bu həftə açıqlanacaq Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp jurnalistlərə ölkənin BMT-dəki yeni daimi nümayəndəsinin adını bu həftənin sonunda açıqlayacağını bildirib.
Digər ölkələr
6 Noyabr , 2018 04:55
ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsinin adı bu həftə açıqlanacaq

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp jurnalistlərə ölkənin BMT-dəki yeni daimi nümayəndəsinin adını bu həftənin sonunda açıqlayacağını bildirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, sözügedən vəzifə 17 dekabr 2017-ci il tarixindən bu işi icra edən Nikki Heylinin oktyabrın 9-da istefa verməsindən sonra boşdur.

Məlumdur ki, Amerika lideri artıq bu yerə Dövlət Departamentinin mətbuat katibi Hizer Noyerti dəvət edib. Lakin onun bu təklifi qəbul edib-etmədiyi hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi