ABŞ-ın BMT-dəki rəsmisi: "KXDR ilə danışıqları dayandırmaq və hərəkətə keçmək lazımdır"

ABŞ-ın BMT-dəki rəsmisi: "KXDR ilə danışıqları dayandırmaq və hərəkətə keçmək lazımdır" O, Çin, Yaponiya və Cənubi Koreyanı təzyiqi gücləndirməyə çağırıb
Digər ölkələr
30 İyul , 2017 22:39
ABŞ-ın BMT-dəki rəsmisi: KXDR ilə danışıqları dayandırmaq və hərəkətə keçmək lazımdır

Bakı. 30 iyul. REPORT.AZ/ ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli bildirib ki, KXDR ətrafındakı vəziyyətlə bağlı söhbətlərə son qoymaq və fəaliyyətə başlamağın vaxtı gəlib çatıb.

"Report" xəbər verir ki, o, Çin, Yaponiya və Cənubi Koreyanı təzyiqi gücləndirməyə çağırıb.

"Şimali Koreya barədə danışmaq kifayətdir. Çin hərəkət etmək lazım olduğunu bilir. Yaponiya və Cənubi Koreya təzyiqi gücləndirməlidir", - deyə o, "Twitter"də yazıb.

Heyli, həmçinin qeyd edib ki, bu, təkcə ABŞ-ın problemi deyil. O, beynəlxalq həll tələb edir.

Şənbə gününə keçən gecə Şimali Koreya Çaqando əyalətindən Yapon dənizində yerləşən Hokkaydo adası istiqamətində ballistik raketin növbəti buraxılışını həyata keçirrib.

Son xəbərlər

Orphus sistemi