ABŞ-ın 5 ştatında koronavirusa yoluxma sayında rekord qeydə alınıb

ABŞ-ın 5 ştatında koronavirusa yoluxma sayında rekord qeydə alınıb ABŞ-ın beş ştatında - Florida, Texas, Oklahoma, Cənubi Karolina və Kaliforniyada bir günə yeni növ koronavirusa yoluxma üzrə rekordlar qeydə alınıb.
Digər ölkələr
25 iyun 2020 11:10
ABŞ-ın 5 ştatında koronavirusa yoluxma sayında rekord qeydə alınıb

ABŞ-ın beş ştatında - Florida, Texas, Oklahoma, Cənubi Karolina və Kaliforniyada bir günə yeni növ koronavirusa yoluxma üzrə rekordlar qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatların səhiyyə departamentlərinin məlumatlarında bildirilib.

Belə ki, Florida Səhiyyə Departamenti son sutkada ştatda 5 508 koronavirusa yoluxma aşkarlandığını və bunun ştat üçün rekord olduğunu açıqlayıb. Oklahomada 482, Cənubi Karolinada isə 1 291 yeni yoluxma faktı aşkar edilib. Daha əvvəl də rekord qeydə alınmış Texas və Kaliforniyada isə rekordlar yenilənib: müvafiq olaraq 5 5517 149 yeni yoluxma faktı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi