Yuxarı

​ABŞ-ın Baş Qərargah rəisi İsrailə səfər edib

Danfordun İsrailin vəzifəli şəxsləri ilə görüşləri planlaşdırılıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford oktyabrın 17-də İsrailə səfər edib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bu, general Danfordun Komitet rəhbəri vəzifəsinə təyin olunduqdan sonra digər ölkəyə ikinci səfəridir.

Gneral oktyabrın 18-də İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Qadi Ayzenkot ilə danışıqlar aparacaq.

Onun, həmçinin İsrailin vəzifəli şəxsləri ilə görüşləri planlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi