ABŞ-ın Atlanta şəhərinə milli qvardiya qüvvələri yeridilib

ABŞ-ın Atlanta şəhərinə milli qvardiya qüvvələri yeridilib ABŞ-ın Corciya ştatının qubernatoru Brayan Kemp Minneapolisdə afroamerikalının polis tərəfindən öldürülməsindən sonra şəhərdə baş qaldırmış etirazlarla əlaqədar Atlantada ictimai asayişin qorunması üçün şəhərə Milli Qvardiyanın 1,5 min silahlısının göndərilməsi haqqında fərman imzalayıb.
Digər ölkələr
31 May , 2020 02:48
ABŞ-ın Atlanta şəhərinə milli qvardiya qüvvələri yeridilib

ABŞ-ın Corciya ştatının qubernatoru Brayan Kemp Minneapolisdə afroamerikalının polis tərəfindən öldürülməsindən sonra şəhərdə baş qaldırmış etirazlarla əlaqədar Atlantada ictimai asayişin qorunması üçün şəhərə Milli Qvardiyanın 1,5 min silahlısının göndərilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Kemp özünün "Twitter"dəki səhifəsində bildirib.

"Ştatın və yerli hakimiyyət orqanlarının rəhbərləri birlikdə Atlantada ictimai təhlükəsizliyin təminatı və asayişin saxlanılması üzərində işləyirlər, - deyə o "Twitter"dəki səhifəsində yazıb.

"Mən şəhərdə asayişin qorunub saxlanılması və qanunsuz fəaliyyət mərkəzlərinin aradan qaldırılması üçün Milli Qvardiyanın 1,5 min silahlısının səfərbərliyi haqqında fərman imzaladım", - o bildirib.

Daha əvvəl Corciyanın qubernatoru Atlantanın inzibati mərkəzi Fulton dairəsində fövqəladə vəziyyət rejiminin tətbiqini elan edib. Bu qərara əsasən, ABŞ-ın 500-ə qədər milli qvardiyaçısı sakinləri və onların mülkiyyətini müdafiə etmək üçün dərhal şəhərə yola düşməli idi. 

Xatırladaq ki, mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizi ilə onun boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.

Son xəbərlər

Orphus sistemi