ABŞ-ın Appelyasiya Məhkəməsi Trampın immiqrasiya fərmanına qadağanı dəstəkləyib

ABŞ-ın Appelyasiya Məhkəməsi Trampın immiqrasiya fərmanına qadağanı dəstəkləyib Prezident məhkəmənin qərarından şikayət edəcəyini bildirib
Digər ölkələr
10 Fevral , 2017 07:45
ABŞ-ın Appelyasiya Məhkəməsi Trampın immiqrasiya fərmanına qadağanı dəstəkləyib

Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ-ın Appelyasiya məhkəməsi prezident Donald Trampın immiqrasiya haqqında imzaladığı fərmanın icrasına qoyulan qadağanı qanuni hesab edib.

"Report" xəbər verir ki, bu barədə məhkəmənin qərarına istinadən cümə axşamı "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, dövlət maraqları milli təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edə bilər. Həmçinin sözügedən fərmana qarşı Vaşinqton və Minnesot ştatlarının qərarın müvəqqəti icrasının belə ziyan verə biləcəyinə dair sübutlar təqdim etdiyi göstərilir.

ABŞ prezidenti Donald Tramp öz növbəsində məhkəmənin bu qərarından şikayət edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi