ABŞ-ın 5 sabiq prezidenti qasırğada xəsarət alanlar üçün təşkil edilən xeyriyyə tədbirinə qatılacaq

ABŞ-ın 5 sabiq prezidenti qasırğada xəsarət alanlar üçün təşkil edilən xeyriyyə tədbirinə qatılacaq Oktybarın 21-də Texas ştatında "Bütün qəlbimlə" şüarı altında konsert keçiriləcək
Digər ölkələr
5 Oktyabr , 2017 14:28
ABŞ-ın 5 sabiq prezidenti qasırğada xəsarət alanlar üçün təşkil edilən xeyriyyə tədbirinə qatılacaq
AP Photo/J. Scott Applewhite

Bakı. 5 oktyabr. REPORT.AZ/ ABŞ-ın 5 sabiq prezidenti Florida və Texas ştatlarında, eləcə də ABŞ Virgin adaları və Puerto-Rikoda "Harvi", "İrma" və "Mariya" qasırğaları nəticəsində xəsarət alanlara yardım məqsədi ilə keçiriləcək xeyriyyə konsertinə toplaşacaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, tədbirin təşkilatçısı ABŞ-ın sabiq prezidenti böyük Corc Buşdur.

Məlumata görə, xeyriyyə tədbirində sabiq dövlət başçısı ilə yanaşı, onun oğlu - kiçik Corc Buş, eləcə də Cimmi Karter, Bill Klinton və Barak Obama iştirak edəcək.

Bilet satışından, eləcə də konsert zamanı əldə olunacaq bütün vəsait ABŞ-ın ştatlarında və ərazilərində bu il avqustun sonunda tüğyan etmiş qasırğadan əziyyət çəkmiş sakinlərə yönələcək.

Konsert oktybarın 21-də Texas ştatında "Bütün qəlbimlə" şüarı altında keçiriləcək.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Harvi" qasırğasının nəticələrinin aradan qaldırılmasına və təbii fəalkətdən əziyyət çəkənlərə yardım edilməsinə şəxsi hesabından 1 milyon dollar ayıracağını bildirib.

Öz növbəsində, Qırmızı Xaç Komitəsi Hyustonda xəsarət alanlara yardım üçün 350 milyon dollar toplayıb. Təşkilat həmçinin "İrma" qasırğasından əziyyət çəkənlər üçün 45 milyon dollar, "Mariya" qasırğasından zəiyyət çəkənlər üçün isə 9 milyon dollar əldə edib.

ABŞ Ticarət Palatası bir sıra ABŞ şirkətlərinin "Harvi" və "İrma" qasırğasından əziyyət çəkənlərə yarım göstərilməsi üçün 270,8 milyon dollar, "Mariya" qasırğasından əziyyət çəkənlərə yarım üçün isə 32,4 milyon dollar ianə ayırdığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi