ABŞ-ın 3 qubernatoru Trampın iqlimlə bağlı qərarı əleyhinə alyans yaradıb

ABŞ-ın 3 qubernatoru Trampın iqlimlə bağlı qərarı əleyhinə alyans yaradıb Kaliforniya ştatının qubernatoru Trampın sazişlə bağlı qərarını "prezident tərəfindən ağılsız addım" adlandırıb
Digər ölkələr
2 İyun , 2017 23:34
ABŞ-ın 3 qubernatoru Trampın iqlimlə bağlı qərarı əleyhinə alyans yaradıb
Xtechnews.com

Bakı. 2 iyun. REPORT.AZ/ ABŞ-ın Kaliforniya, Nyu-York və Vaşinqton ştatlarının qubernatorları ölkə prezidenti Donald Trampın iqlim üzrə Paris müqaviləsi ilə bağlı qərarının əleyhinə birləşiblər.

"Report" xəbər verir ki, bu barədə "Time" yazır.

Kaliforniya ştatının qubernatoru Ceri Braun Trampın sazişlə bağlı qərarını "prezident tərəfindən ağılsız addım" adlandırıb. Brauna Vaşinqton ştatının qubernatoru Cey İnsli və Nyu-Torkun qubernatoru Endryu Kuomo da qoşulub. Bununla da üç ştatın rəhbərliyi təxminən 200 ölkə iqlim haqqında imzalanmış sazişi dəstəkləməyə görə İqlim üzrə ABŞ Alyansı yaradıblar.

Son xəbərlər

Orphus sistemi