ABŞ-ın ştatlarının çoxu Trampa qarşı çıxaraq seçicilər barədə məlumatları göndərməkdən imtina edib

ABŞ-ın ştatlarının çoxu Trampa qarşı çıxaraq seçicilər barədə məlumatları göndərməkdən imtina edib Ştatlarının əksəriyyəti bildirib ki, federal hakimiyyət orqanlarına məlumat verməyə hazırlaşmır
Digər ölkələr
1 İyul , 2017 20:29
ABŞ-ın ştatlarının çoxu Trampa qarşı çıxaraq seçicilər barədə məlumatları göndərməkdən imtina edib
Courtesy İmage

Bakı. 1 iyul. REPORT.AZ/ ABŞ-ın azı 24 ştatı Tramp administrasiyasının seçicilərin qeydiyyatı barədə məlumatların verilməsi barədə sorğu prosesini yubadır və ya bunu yerinə yetirməkdən imtina edir.

"Report"un məlumatına görə, bununla bağlı "The Hill" xəbər verib.

Mayın 11-də Tramp seçkilərdə mümkün saxtakarlığın araşdırılması üçün komissiyanın yaradılması haqqında fərman imzalayıb. Komissiyanın işi çərçivəsində seçicilər haqqında məlumat tələb edərək bütün ölkə üzrə ştatların 50 katibinə bununla bağlı məktub göndərib.

Məktubda qeydə alınmış seçicilərin doğum tarixləri, ünvanları, adları, hansı partiyaya üstünlük verməsi barədə sorğular ver alıb. Nəşrin məlumatına görə, komissiya 2006-cı ilin səsvermələrində də seçicilərin iştirakı barədə məlumat istəyib.

ABŞ-ın ştatlarının əksəriyyəti bildirib ki, federal hakimiyyət orqanlarına məlumat verməyə hazırlaşmır.

"Prezident bu seçki komissiyasını yalan təsdiqlərə əsaslanaraq yaradıb ki, "seçkilərdə saxtakarlıq" yayılmış haldır. Bu belə deyil" – deyə Kentukki ştatının katibi, demokrat Alison Linderqan deyib. 

Son xəbərlər

Orphus sistemi