Bakı. 1 mart. REPORT.AZ/ 2016-cı il ABŞ prezident seçkilərində çərşənbə axşamı günü mühüm gündür.
"Report"-un "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Amerikanın 15 ştatında keçiriləcək praymerizdə namizədlər Respublikaçılar və Demokrat patiyalarının iyul ayında qurultaylarında nominasiya almaq üçün partiya nümayəndələrinin dörddə birinin səslərini qazanmaq uğrunda mübarizə aparacaq.
Rəqabət aparan namizədlər respublikaçılar düşərgəsində irəlidə gedən milyarder, daşınmaz əmlak maqnatı Donald Tramp, demokratların cərgəsində isə öncül, keçmiş dövlət katibi Hillari Klinton üzərində qələbə əldə etmək yollarını axtarır.
Texas senatoru Ted Kruz CNN televiziyasına müsahibədə deyib ki, "bu, kampaniyada ən mühüm gündür."
