​ABŞ-ın 15 ildə 1,5 trilyon dollar xərclədiyi "F-35"in yarasızlığı aşkarlanıb

​ABŞ-ın 15 ildə 1,5 trilyon dollar xərclədiyi "F-35"in yarasızlığı aşkarlanıb "İt boğuşması" sınağında da "F-35"in "F-16"dan bacaraqsız olduğu məlum olub
Digər ölkələr
9 Mart , 2016 15:06
​ABŞ-ın 15 ildə 1,5 trilyon dollar xərclədiyi F-35in yarasızlığı aşkarlanıb

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ-ın 15 il ərzində 1,5 trilyon dollar xərclədiyi "F-35" tipli döyüş təyyarəsinin sınağı zamanı radar sistemində çatışmazlıq ortaya çıxıb.

"Report" xəbər verir ki, bu haqda "Guardian" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, 2001-ci ildə "F-35"də radar problemi yaranmışdı. Bundan başqa, qırıcının ildırım çaxmasına qarşı müdafiə sistemində də boşluq olub. Belə şəraitdə onun atəş açan qurğusunun işləmədiyi aşkarlanıb.

Bundan başqa, "it boğuşması" sınaq tapşırığının icrasında da "F-35"in "F-16"dan bacaraqsız olduğu məlum olub. 

Son xəbərlər

Orphus sistemi