ABŞ-ın 12 ştatının ilkin seçimlərinin nəticələrinə görə Donald Tramp və Hillari Klinton liderlik edir

ABŞ-ın 12 ştatının ilkin seçimlərinin nəticələrinə görə Donald Tramp və Hillari Klinton liderlik edir 12 ştatın praymeriz seçimlərinin ilkin nəticələri məlum olub
Digər ölkələr
2 Mart , 2016 10:25
ABŞ-ın 12 ştatının ilkin seçimlərinin nəticələrinə görə Donald Tramp və Hillari Klinton liderlik edir

Bakı. 2 mart. REPORT.AZ/ ABŞ-ın 12 ştatında keçirilmiş ilkin seçimlərin (praymerizlərin) ilkin nəticələri məlum olub.

"Report" "Euronews"a istinadən xəbər verir ki, Respublikaçılar arasında seçkiqabağı yarışda favorit milyarder Donald Trampdır. O, 5 ştatda liderlik edir. D.Trampın əsas rəqibi sayılan Ted Kruz yalnız 2 ştatda qalib gəlib. Floridanın senatoru Marko Rubio isə hələ bir qələbə də qazana bilməyib.

Demokratlara gəlincə, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Virciniya, Corciya və Texas da daxil olmaqla, 6 ştatda seçicilərin ən çox səsini qazanan şəxs olub. Onun rəqibi - Vermont ştatının senatoru Berni Sanders yalnız doğma Oklahoma ştatında qələbə qazanıb.

Qeyd edək ki, "super çərşənbə axşamı"nda 12 ştatın və Amerika Samoasının seçiciləri prezidentliyə bu və ya digər namizədin Respublikaçılar və Demokratların yayda keçiriləcək qurultayına neçə nümayəndə ilə qatılacağına səs verir. Hesab edilir ki, məhz "super çərşənbə axşamı" prezident seçkilərində partiyanı kimin təmsil edəcəyini müəyyənləşdirir.

Son xəbərlər

Orphus sistemi