ABŞ-ın 112 milyon dollarlıq təyyarəsi mühərrikinə quş girməsi səbəbindən qəzaya uğrayıb

ABŞ-ın 112 milyon dollarlıq təyyarəsi mühərrikinə quş girməsi səbəbindən qəzaya uğrayıb Təyyarə yerə enərək tamamilə yanıb
Digər ölkələr
25 Aprel , 2017 00:04
ABŞ-ın 112 milyon dollarlıq təyyarəsi mühərrikinə quş girməsi səbəbindən qəzaya uğrayıb
defence.ru

Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ-ın "B-52N" tipli strateji bombardımançı təyyarəsi Quam adasında mühərrikinə quş girməsi səbəbindən tamamilə məhv olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin məsələ ilə bağlı araşdırma aparmış nümayəndələrinə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, quş təyyarənin içinə uçuş zamanı daxil olub.

Hadisə 19 may 2016-cı il tarixində baş verib. Həmin gün strateji bombardımançı təyyarə təlimlərdə iştirak edib. Təyyarə uçuşdan demək olar ki, dərhal sonra hərəkət qüvvəsini itirməyə başlayıb və pilot onu yerə endirmək qərarına gəlib. Lakin yüksək sürət səbəbindən əyləc paraşütü bombardımançının dayanmasını təmin etməyib və o, hərəkət zolağından çıxaraq yanmağa başlayıb. Nəticədə dəyəri 112 milyon dollar olan hava gəmisi tamamilə yanıb. Heyət üzvləri maşının kabinəsini zamanında tərk edə biliblər.

Son xəbərlər

Orphus sistemi