ABŞ immiqrasiya siyasətini daha da sərtləşdirə bilər

ABŞ immiqrasiya siyasətini daha da sərtləşdirə bilər Ağ ev: Vaşinqton siyahını hazırlayarkən şəxsi maraqlarını rəhbər tutmayıb
Digər ölkələr
29 Yanvar , 2017 23:27
ABŞ immiqrasiya siyasətini daha da sərtləşdirə bilər

Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ hökuməti Vaşinqtonun immiqrasiya siyasətini sərtləşdirdiyi ölkələrin siyahısını genişləndirə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NBC telekanalının efirində Ağ ev əməkdaşları aparatının rəhbəri Rayns Pribes deyib.

ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

"Ola bilsin ki, gələcəkdə icraçı fərman digər dövlətlərə də toxunsun", - deyə o bildirib.

Aparat rəhbəri qeyd edib ki, Tramp immiqrasiya siyasətini sərtləşdirməkdə tələskənliyə yol verib, çünki "Amerikanı tez müdafiə etmək" istəyib.

Pribes əlavə edib ki, miqrasiya məhdudiyyətlərinin tətbiq edildiyi ölkələrin siyahısı hazırlanan zaman Tramp administrasiyası şəxsi maraqlarını rəhbər tutmayıb.

Son xəbərlər

Orphus sistemi