ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ilə “Taliban” hərəkatının həmtəsisçisi Molla Əbdülğəni Bəradəri arasında Dohadakı sülh danışıqları Ramazan ayının başlaması ilə əlaqədar dayandırılıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Taliban”dakı mənbə bildirib.
Qeyd olunub ki, bazar ertəsi Ramazan ayının birinci günü olduğundan fasilə verilən danışıqlar daha sonra iki məsələyə dair davam etdiriləcək.
Bundan əvvəl Qətər XİN ABŞ ilə “Taliban” arasında danışıqların mayın 1-də Dohada bərpa olunduğunu açıqlamışdı.