ABŞ ilə "Taliban" arasında danışıqların yeni mərhələsi başlayır

ABŞ ilə "Taliban" arasında danışıqların yeni mərhələsi başlayır ABŞ ilə Taliban arasındakı növbəti, sayca 6-cı danışıqlar bu gün Qətərdə başlayacaq.
Digər ölkələr
1 May , 2019 10:49
ABŞ ilə Taliban arasında danışıqların yeni mərhələsi başlayır
0 : 00
0 : 00

ABŞ ilə "Taliban" arasındakı növbəti, sayca 6-cı danışıqlar bu gün Qətərdə başlayacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Taliban" hərəkatının nümayəndəsi Zabiullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın nümayəndə heyəti hazırda gəldiyinə görə, görüşün ən qısa müddətdə başlayacağı gözlənilir.

Daha əvvəl ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Dohada keçirilən danışıqlarının beşinci mərhələsinin yekununda taliblərlə, o cümlədən ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı razılaşmanın ilkin qaralama formasının hazırlanması barədə məlumat verib. O, eyni zamanda qeyd edib ki, hələlik yekun razılaşma yoxdur.

Son xəbərlər

Orphus sistemi