Trampla Putin koronavirusla bağlı müzakirə aparıblar

Trampla Putin koronavirusla bağlı müzakirə aparıblar ABŞ prezideti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında bu gün keçirilən telefon söhbəti zamanı silahlara nəzarət və koronavirusla mübarizə məsələləri müzakirə olunub.
Digər ölkələr
178
7 May , 2020 20:29
Trampla Putin koronavirusla bağlı müzakirə aparıblar

ABŞ prezideti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında bu gün keçirilən telefon söhbəti zamanı silahlara nəzarət və koronavirusla mübarizə məsələləri müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cad Der açıqlama verib.

“Bu gün Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı Avropa Günü Qələbənin 75-ci ildönümü xatırlanıb. Prezident Tramp və prezident Putin koronavirus pandemiyasının dəf edilməsilə bağlı irəliləyişə dair də müzakirə aparıblar. Prezident Tramp amerikalılara evdə qayğı göstərmək üçün böyük səylər göstərildiyini, həmçinin bütün ölkələrə, o cümlədən Rusiyaya ehtiyac duyulan hər cür kömək göstərməyə hazır olduqlarını bir daha diqqətə çatdırıb. Prezident Tramp nəinki təkcə Rusiyanı, həm də Çini əhatə edən səmərəli silah nəzarəti üzərində çalışdıqlarını bir daha təsdiqləyərək silahların məsrəfli yayılmasının qarşısını almaq üçün gələcək müzakirələrə hazırlıq gördüklərini də qeyd edib. İki lider başqa ikitərəfli və dünya məsələlərini də nəzərdən keçiriblər”, - Ağ Ev rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi