ABŞ ilə KXDR arasında növbəti zirvə görüşünün təxmini vaxtı açıqlanıb

ABŞ ilə KXDR arasında növbəti zirvə görüşünün təxmini vaxtı açıqlanıb Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ ilə Şimali Koreya arasındakı növbəti zirvə görüşü gələn ayın ortalarında Avropada keçirilə bilər.
Digər ölkələr
16 Oktyabr , 2018 12:33
ABŞ ilə KXDR arasında növbəti zirvə görüşünün təxmini vaxtı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ ilə Şimali Koreya arasındakı növbəti zirvə görüşü gələn ayın ortalarında Avropada keçirilə bilər.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Asahi” qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən məlumat verib. Bildirilib ki, hazırda görüşün Stokholm və ya Cenevrədə keçirilməsi variantları müzakirə olunur. 

Bununla belə, ABŞ Prezidenti Donald Trampın tərəf müqabili Kim Çen Inı Floridadakı şəxsi iqamətgahında da qəbul etməyə hazır olduğu bildirilir. Koreya tərəfi isə aprel ayında iki Koreya zirvə görüşünün keçirildiyi Phenyan və ya Pxanmuncom şəhərləri variantına üstünlük verir.

Xatırladaq ki, tərəflər arasında son görüş bu il iyunun 12-də Sinqapurda keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi