ABŞ Dövlət Departamenti Kubanın iki diplomatını ölkədən çıxarıb

ABŞ Dövlət Departamenti Kubanın iki diplomatını ölkədən çıxarıb Amerikalılar Kubada baş verən hadisələr haqqında məlumat verdikdən sonra iki kubalıdan ölkəni tərk etmək xahiş edilib
Digər ölkələr
10 Avqust , 2017 08:19
ABŞ Dövlət Departamenti Kubanın iki diplomatını ölkədən çıxarıb

Bakı. 10 avqust. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Kubada baş verən, Birləşmiş Ştatların diplomatlarının xəsarət alması ilə nəticələnən silsiləli, anlaşılmaz hadisələrdən sonra bu ölkənin iki diplomatını öz ərazisindən çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, amerikalılar Kubada "müxtəlif fiziki əlamətlərə səbəb olan" hadisələr haqqında məlumat verdikdən sonra iki kubalıdan ölkəni tərk etmək xahiş edilib. Lakin məmur söhbətin məhz hansı hadisədən getdiyini açıqlamayıb. Lakin qeyd edib ki, Kuba beynəlxalq öhdəliyə əsasən əcnəbi diplomatları mühafizə etməlidir.

Dövlət Departamentinin nümayəndəsi bununla yanaşı bildirib ki, Kuba hökuməti insidentin araşdırıldığını əmin edib.

Son xəbərlər

Orphus sistemi