Yuxarı
    Bağlamaq

    ABŞ İtaliyada terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

    Parisdə törədilən qanlı terror aktlarına bənzər metodlar Romada da tətbiq edilə bilər

    Bakı. 19 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar administrasiyası İtaliyada olan vətəndaşlarına qarşı mümkün terror hücümları barədə xəbərdarlıq edərək vətəndaşları ictimai yerlərdə ayıq-sayıq olmağa çağırıb.

    "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, xəbərdarlıqda xüsusi ilə Romada yaşayan və ya səyahət edən ABŞ vətəndaşlarına öz təhlükəsizliklərinin qayğısına qalmaq və insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq məsləhət görülür.

    Açıqlamada qeyd olunur ki, Parisdə törədilən qanlı terror aktlarına bənzər metodlar Romada da tətbiq edilə bilər. Bu səbəbdən ABŞ vətəndaşları xüsusi ilə ehtiyyatlı olmalıdır.

    İtaliya Daxili İşlər Nazirliyi bildirib ki, ABŞ-dan alınan təhlükə haqqında məlumatlar araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi