Yuxarı
    Bağlamaq

    ABŞ İsrailin raket hücumundan müdafiə sisteminə 600,7 milyon dollar ayırıb

    2018 və 2028-ci illər arasında isə İsrail ABŞ-dan 3,8 milyard dollarlıq hərbi yardım alacaq

    Bakı. 9 dekabr. REPORT.AZ/ ABŞ Konqresi İsrailin raket hücumundan müdafiə sisteminin inkişafına 600,7 milyon dollar ayırılmasını özündə etiva edən qanunun lehinə səs verib.

    “Report” “Newsru.com”a istinadən xəbər verir ki, Konqres ABŞ-ın “Müdafiə siyasəti haqqında” qanunu qəbul edib.

    Məlumata görə, sənədin lehinə 375 Konqres üzvü səs verib, onların 34-ü isə qanunun əleyhinə olub. Senatda isə 92 senator qanunun lehinə, 7-si isə əleyhinə səs verib.

    Xəbərdə bildirilib ki, 2018 və 2028-ci illər arasında isə İsrail ABŞ-dan 3,8 milyard dollarlıq hərbi yardım alacaq. İsrail öz növbəsində ABŞ-a hərbi sənaye kompleksinin istehsal etdiyi məhsullardan verəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi