ABŞ İsrail-Fələstin münaqişəsi üzrə yeni barışıq planı hazırlayıb

ABŞ İsrail-Fələstin münaqişəsi üzrə yeni barışıq planı hazırlayıb Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ İsrail-Fələstin münaqişəsinin həllinə dair əvvəlkilərdən fərqlənən yeni plan hazırlayıb.
Digər ölkələr
18 Dekabr , 2018 20:47
ABŞ İsrail-Fələstin münaqişəsi üzrə yeni barışıq planı hazırlayıb

Bakı. 18 dekabr. REPORT.AZ/ "ABŞ İsrail-Fələstin münaqişəsinin həllinə dair əvvəlkilərdən fərqlənən yeni plan hazırlayıb".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT Təhlükəsizlik Şurasında sözügedən vəzifədə iştirak etdiyi son iclasda bildirib.

“Artıq bir həqiqəti qəbul etməliyik: sülh sazişindən hər iki tərəf qazanardı. Lakin Fələstin tərəfi daha çox qazanar, İsrail isə daha çox riskə gedir. Məhz bunu düşünərkən ABŞ Administrasiyası israillilərlə fələstinlilər arasında planını hazırlayıb. Bu, sadəcə, ümumi müddəalardan ibarət bir neçə səhifəlik yazı yox, daha ətraflı və böyük plandır, bununla da əvvəlkilərdən fərqlənir”, - deyə amerikalı diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi