Yuxarı

​ABŞ İŞİD terrorçularının mövqelərinə 24 havadan zərbə endirib

Nəticədə qruplaşmanın istirahət yerləri, baş qərargahı, nəqliyyat vasitələri və bir neçə binası məhv edilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar və onun müttəfiqləri "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə iyirmidən artıq havadan zərbə endirib.

"Report" xəbər verir ki, doqquz zərbə Suriya, 15 zərbə isə İraq ərazisində endirilib.

ABŞ-ın Mərkəzi Komandanlığının məlumatına görə, Suriyada Kobani və Rəqqa şəhərləri yaxınlığında endirilən zərbələr nəticəsində terrorçu qruplaşmanın üç mövqeyi, həmçinin bir neçə istirahət yeri və baş qərargahlarından biri məhv edilib.

İraqda isə Mosul, Əsəd, Bağdad, Rəmadi, Təl-Afar və Hit bölgələrinə atılan bombalar nəticəsində İŞİD-in müxtəlif bölmələrinin nəzarət-buraxılış məntəqələri, çoxsaylı nəqliyyat vasitələri və bir neçə binası məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi