Yuxarı
    Bağlamaq

    ABŞ: "İŞİD soyğun və qanunsuz neft ticarəti hesabına 1.5 milyard dollar gəlir əldə edib"

    ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi terrorçuların əsas gəlir mənbələrinə aydınlıq gətirib

    Bakı. 10 dekabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması soyğun və qanunsuz neft ticarətindən 1.5 milyard dollar gəlir əldə edib. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Londonda çıxış edən ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Adam Şubin bildirib.

    Onun sözlərinə görə, terrorçular Suriya ve İraqda bir bankın xəzinəsini ələ keçirərək 1 milyard dollar vəsaiti mənimsəyiblər. Daha 500 milyon dollar isə qanunsuz neft ticarəti hesabına formalaşıb.

    A.Şubin qey edib ki, İŞİD nefti Suriya və Türkiyəyə sataraq ayda 40 mln dollar əldə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi