Yuxarı
    Bağlamaq

    ​ABŞ İŞİD liderlərindən birinin başına 5 milyon dollar mükafat qoyub

    Məlumata görə, Əbu Məhəmməd əl-Şimali İŞİD üçün əcənəbi döyüşçülərin Suriyaya getməsində əhəmiyyətli rol oynayır

    Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ terrorçu İŞİD qruplaşması liderlərindən biri olan Əbu Məhəmməd əl-Şimalinin gizləndiyi yer haqda məlumat verən şəxsə 5 milyon dollar mükafat ödəniləcəyini vəd edib.

    "Report" "Turkishny"-yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Dövlət Departamenti açıqlama yayıb.

    Məlumata görə, mükafat "Ədalət üçün mükafat" proqramı çərçivəsində veriləcək. Əbu Məhəmməd əl-Şimali İŞİD üçün əcnəbi döyüşçülərin Suriyaya getməsində əhəmiyyətli rol oynayır.

    Açıqlamada bildirilib ki, o, 2005-ci ildən etibarən terrorçu "əl-Qaidə", daha sonra isə İŞİD üçün çalışıb.

    "Ədalət üçün mükafat" proqramı 1984-cü ildə təsis olunub. Bu proqram əsasında indiyədək 80 nəfərə 125 milyon dollar məbləğində pul mükafatı verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi