Yuxarı

​ABŞ İŞİD-lə mübarizədə ilk hərbçisini itirib

Bu, İraqda əməliyyat zamanı baş verib

Bakı. 23 oktyabr. REPORT.AZ/ İraqda 70 girovun azad edilməsi istiqamətində aparılan əməliyyat zamanı Amerika hərbçisi həlak olub.

"Report" xəbər verir ki, bu barədə iki hakimiyyət nümayəndəsinə istinadən CNN telekanalı məlumat yayıb.

Telekanalın süjetində bildirilir ki, bu, "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə mübarizədə ölən ilk amerikalıdır.

Həyata keçirilən əməliyyat zamanı girovların hamısını azad etmək mümkün olub. Mənbənin məlumatına görə, əməliyyatda ABŞ hərbçiləri ilə yanaşı, kürd və iraqlı əsgərlər də iştirak edib. Əməliyyat İraqın şimalında yerləşən Xoica şəhərində aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi