ABŞ İŞİD- lə mübarizə məqsədi ilə İraqa xüsusi təyinatlı qüvvələr göndərəcək

ABŞ İŞİD- lə mübarizə məqsədi ilə İraqa xüsusi təyinatlı qüvvələr göndərəcək Oktyabrın əvvəlində Suriyanın şimalına artıq 50 ABŞ hərbçisi göndərilmişdi
Digər ölkələr
1 Dekabr , 2015 21:26
ABŞ İŞİD- lə mübarizə məqsədi ilə İraqa xüsusi təyinatlı qüvvələr göndərəcək

Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ terrorçu İŞİD qruplaşması ilə mübarizə məqsədi ilə İraqa xüsusi təyinatlı qüvvələr göndərəcək. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Senatta çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hərbi birliklər terrorçularla əsasən Suriya ərazisində mübarizə aparacaq.

"Biz, Suriyadaki fəaliyyət sahəmizi genişləndirməyə hazırıq. Girovların azad edilməsi və İŞİD liderlərinin məhv edilməsi kimi əməliyyatlar da aparmaq iqtidarındayıq", - deyə Pentaqon rəhbəri vurğulayıb.

Xatırladaq ki, oktyabrın əvvəlində Suriyanın şimalına artıq 50 ABŞ hərbçisi göndərilmişdi.

Son xəbərlər

Orphus sistemi