Bakı. 8 dekabr. REPORT.AZ/ Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD-in İraqın Mosul şəhərində qərargah kimi istifadə etdiyi xəstəxananı bombalayıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatında bildirilir.
İraq ordusu ilə terrorçular arasında kompleksin bir hissəsi uğrunda şiddətli döyüşlər gedib, ardınca əsgərlər koalisiyanın havadan dəstəyini istəyiblər.
"Aviasiya İraq təhlükəsizlik qüvvələrinə dəstək göstərmək üçün həmin yerə dəqiq zərbələr endirib. Hədəf İraq əsgərlərinə atəş açan düşmən döyüşçüləri olub", — deyə press-relizdə bildirilir.