ABŞ İŞİD-in Liviyadakı mövqelərinə zərbə endirib

ABŞ İŞİD-in Liviyadakı mövqelərinə zərbə endirib Zərbə nəticəsində ən azı 30 yaraqlı öldürülüb
Digər ölkələr
19 Fevral , 2016 16:52
ABŞ İŞİD-in Liviyadakı mövqelərinə zərbə endirib

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ aviasiyasının İŞİD terror qruplaşmasının Liviyanın Sabrata şəhərindəki mövqelərinə hava zərbələri nəticəsində ən azı 30 yaraqlı öldürülüb.

"Report" xəbər verir ki, ABŞ hökumətindəki anonim mənbədən "New York Times"a verilən məlumata görə, hücumun əsas hədəfi ötən il ekstremistlərin Tunisdə həyata keçirdiyi iki terror hücumunda iştirak etmiş yaraqlı olub.

Tunislə sərhədin yaxınlığında olan şəhər meri Hüseyn Davidi "Reuters" agentliyinə açıqlamasında raket zərbəsinin Sabratada yaraqlıların görüşünün keçirildiyi binaya tuş gəldiyini bildirib.

ABŞ rəsmiləri hesab edir ki, yaraqlıların çoxu Afrika ölkələrindən pulla İŞİD sıralarına cəlb olunub.

Son xəbərlər

Orphus sistemi