ABŞ İŞİD-i dəstəkləyən dördüncü MDB vətəndaşının saxlanıldığını bildirib

ABŞ İŞİD-i dəstəkləyən dördüncü MDB vətəndaşının saxlanıldığını bildirib 26 yaşlı Özbəkistan vətəndaşı İŞİD tərəfində döyüşmək üçün yollanan şəxslərə vəsait yığılmasında ittiham olunur
Digər ölkələr
7 Aprel , 2015 11:07
ABŞ İŞİD-i dəstəkləyən dördüncü MDB  vətəndaşının saxlanıldığını bildirib

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ hökuməti  İŞİD-i dəstəkləyən və terror qruplaşmasına qoşulmaq niyyətində olan  dördüncü MDB vətəndaşının saxlanılması haqqında məlumat yayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Nyu-York (Bruklin) şərq əyaləti Federal Məhkəməsinin qərarına əsasən, 26 yaşlı Özbəkistan vətəndaşı Dilhayot Kasimov bir qrup şəxslə əlbir olaraq, ABŞ-da yaşayan şəxslərin İŞİD sıralarında döyüşmək üçün yol xərclərini yığmaqda ittiham olunur. Prokurorluğun fikrincə, Kasimov Abror Həbibovla birgə fəaliyyət göstərib və Əhror Saydaxmetovun Suriyaya getməsi üçün təxminən 1600 dollar vəsait toplayıb. Həmin məbləğ nağd şəkildə fevral ayında Nyu-Yorkdakı Con Kennedi adına  hava limanında saxlandığı zaman Saydaxmetovun üstündə olub. O, Türkiyəyə getmək istədiyi zaman saxlanılıb. 

Kasimov etiraf edib ki, Saydaxmetovun Suriyaya getmək istəməsini bilərək, ona pul verib. 

Özbəkistandan olan 24 yaşlı Abdurəsul Juraboyev və Qazaxıstandan olan 19 yaşlı Əhror Saydaxmetov bir müddət əvvəl "İslam Dövləti" qruplaşmasına qoşulmaq üçün Suriyaya getmək istəməkdə ittiham olunublar. Üçüncü saxlanılan şəxs - Özbəkistan vətəndaşı 30 yaşlı Abror Həbibov İŞİD üçün vəsaitlərin toplanması üzrə lokal şəbəkənin təşkilində ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi