Yuxarı
    Bağlamaq

    ​ABŞ İŞİD-ə qarşı mübarizəni gücləndirmək üçün müttəfiqlərini toplayıb

    Avropa komandanlığının baş qərargahında İŞİD-lə mübarizədə iştirak edən ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilib

    Bakı. 4 May. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib ki, Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə daha güclü hərbi dəstəyi təmin edib, İŞİD terror təşkilatına, onun İraqın şimalında və Suriyadakı fəaliyyətinə son qoya biləcək. 

    "Report" xəbər verir ki, o, bunu ABŞ-ın Avropa komandanlığının baş qərargahında İŞİD-lə mübarizədə iştirak edən ölkələrin müdafiə nazirlərinin toplantısından sonra deyib.

    Görüşdə Almaniyanın, Fransanın, İtaliyanın, Danimarkanın, Böyük Britaniyanın, Niderlandın, İspaniyanın, Norveçin, Avstraliyanın, Kanadanın və Yeni Zelandiyanın müdafiə nazirləri iştirak ediblər.

    Toplantının nəticəsi barədə danışan Eşton Karter qeyd edib ki, danışıqlarda terrorçuların məhv edilməsi üçün müttəfiqlərin atacaqları addımlar, təşəbbüslər müzakirə edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi