Yuxarı

Barak Obama İraqda kürd dövlətinin yaradılmasını dəstəkləməyib

Ağ ev İraqın ərazi bütövlüyünün qorunmasını vacib sayır

Bakı. 6 may. REPORT.AZ/ "İraq cəmiyyəti fərqli təbəqələrdən formalaşdığından ABŞ hesab edir ki, ölkə üçün ən uyğunu onun ərazi bütövlüyünün qorunmasıdır". "Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bunu Ağ evin sözçüsü Con Ernest bildirib.

Məlumatda qeyd olunub ki, ABŞ prezidenti Barak Obama İraqın Şimalındakı kürd muxtariyyətinin hökumət başçısı Məsud Barzani ilə görüşüb. Ağ evin görüşdən sonra yaydığı yazılı açıqlamada bildirilib ki, ABŞ İraqın konstitusiyasında yazıldığı kimi bütöv, federal və demokratik İraq dövlətinin olmasına tərəfdardır.

Xatırladaq ki, İraqın şimalındakı kürd muxtariyyətinin hökumət təmsilçiləri Ağ evdə keçiriləcək görüşdə əsas müzakirə mövzusunun "kürd dövləti" ilə bağlı olacağını bildirmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi