​ABŞ İraqda təyyarəsinin vurulması barədə məlumatı təkzib edib

​ABŞ İraqda təyyarəsinin vurulması barədə məlumatı təkzib edib "Əl-Cəzirə" Əl-Ənbar əyalətində ABŞ-a məxsus qırıcının vurulması barədə xəbər yayıb
Digər ölkələr
26 İyul , 2016 00:23
​ABŞ İraqda təyyarəsinin vurulması barədə məlumatı təkzib edib

Bakı. 26 iyul. REPORT.AZ/ Birləşmiş Ştatlar İraqda İŞİD terror təşkilatının üzvləri tərəfindən təyyarəsinin vurulmasına dair yayılan məlumatları təkzib edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının bəyanatında bildirilir.

Bir qədər əvvəl, "Əl-Cəzirə" telekanalı informasiya mənbələrinə istinadən İraqın Əl-Ənbar əyalətində ABŞ-a məxsus qırıcının İŞİD terrorçuları tərəfindən vurulması barədə məlumat yaymışdı.

Son xəbərlər

Orphus sistemi