Yuxarı
    Bağlamaq

    ​ABŞ İraqa silah almaq üçün 2,7 milyard dollar kredit ayıracaq

    İki tərəf arasında bəyannamə imzalanıb

    Bakı. 30 iyun. REPORT.AZ/ ABŞ İraqa xarici dövlətlərə hərbi maliyyə yardımı göstərilməsi proqramı (FNF) çərçivəsində 2,7 milyard dollar həcmində kredit ayıracaq.

    "Report" xəbər verir ki, bu barədə ABŞ-ın İraqdakı səfirliyinin məlumatında bildirilir.

    Birləşmiş Ştatların İraqdakı səfiri Stüart Cons (Stuart Jones) və ölkənin maliyyə naziri Hoşiyar Zebari çərşənbə günü müvafiq bəyannaməyə imza atıblar.

    "Bu FMF kreditləşmə mexanizmi İraqın təhlükəsizlik qüvvələrinə döyüş sursatlarının alınması, həmçinin "F-16" qırıcıları və "M1A1" tanklarına göstərilən xidmətə görə ödənişin müddətini uzatmaq imkanı verəcək", — deyə məlumatda Consun sözləri sitat gətirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi