Bakı. 26 Avqust. REPORT.AZ/ Amerika Hərbi Hava Qüvvələri avqustun 25-də İraq və Suriyada "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının obyektlərinə 36 zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə Pentaqondakı mənbəyə istinadən "Reuters" məlumat yayıb.
İnformasiyaya əsasən, hücuma İŞİD dəstələrinin mövqeləri, həmçinin silah-sursat anbarları və nəqliyyat vasitələri məruz qalıb.
36 zərbədən 31-i İraqın şimal-şərqindəki hədəflərə, xüsusilə Tuz-Xurmatu şəhərinin qəsəbələrinə endirilib. Daha 5 epizodda isə Amerika təyyarəçiləri İŞİD-in Suriyadakı dəstələrini hədəfə alıb.