Dövlət Departamenti: İraq parlamentinin xarici qoşunlarının ölkədən çıxarılması qərarı məyusedicidir

Dövlət Departamenti: İraq parlamentinin xarici qoşunlarının ölkədən çıxarılması qərarı məyusedicidir ABŞ İraq parlamentinin xarici hərbi qüvvələrin ölkə ərazisini tərk etməsi barədə qərarına münasibətini açıqlayıb.
Digər ölkələr
5 yanvar 2020 20:55
Dövlət Departamenti: İraq parlamentinin xarici qoşunlarının ölkədən çıxarılması qərarı məyusedicidir

ABŞ İraq parlamentinin xarici hərbi qüvvələrin ölkə ərazisini tərk etməsi barədə qərarına münasibətini açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətini rəhbəri Morqan Ortequs bildirib.

O, qeyd edib ki, ABŞ hakimiyyəti İraq parlamentinin ölkə ərazisində xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılması barədə qərarından məyusdur.

"ABŞ bu gün Nümayəndələr Şurasındakı hərəkətlərdən məyus olub. Bugünkü qətnamənin hüquqi statusunun və təsirinin sonrakı izahını gözləyərək, İraq liderlərini iki ölkənin iqtisadi və təhlükəsizlik münasibətlərinin əhəmiyyətini, həmçinin İŞİD-lə mübarizə aparmaq üçün beynəlxalq koalisiyasının mövcudluğunun davamını yenidən nəzərdən keçirməyə çağırırıq”, - deyə mətbuat xidmətini rəhbəri qeyd edib. 

Son xəbərlər

Orphus sistemi