ABŞ İraq Kürdüstanında keçirilən referendumun nəticələrini tanımır

ABŞ İraq Kürdüstanında keçirilən referendumun nəticələrini tanımır "Referendum birtərəfli və qeyri-legitim sayılır"
Digər ölkələr
29 Sentyabr , 2017 23:53
ABŞ İraq Kürdüstanında keçirilən referendumun nəticələrini tanımır
Courtesy İmage

Bakı. 29 sentyabr. REPORT.AZ/ İraq Kürdüstanında keçirilən referendum birtərəfli və qeyri-legitimdir, ABŞ onun nəticələrini tanımır və bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri Reks Tillersonun bəyanatında bildirilir.

"Birləşmiş Ştatlar İraq Kürdüstanında keçirilən regional referendumu tanımır və onun birtərəfli xarakter daşıdığını hesab edir. ABŞ bütün tərəflərdən, o cümlədən İraqın qonşularından birtərəfli hərəkətlərdən və güc tətbiqindən yayınmağı xahiş edir", — deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi