ABŞ İraq əsgərlərini səhvən vurduğunu etiraf edib

ABŞ İraq əsgərlərini səhvən vurduğunu etiraf edib ABŞ-ın qırıcı təyyarəsindən atılan bomba Fəlluca şəhəri yaxınlığında iraqlı əasgərləri hədəf alıb
Digər ölkələr
20 Dekabr , 2015 09:30
ABŞ İraq əsgərlərini səhvən vurduğunu etiraf edib

Bakı. 20 dekabr. REPORT.AZ/ 10 İraq hərbçisinin həyatına son qoyan ABŞ hava qüvvələrinin avia zərbəsində həm Vaşinqton həm də Bağdad rəsmilərinin səhvi olub. "Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Eş Karter deyib.

Karter etiraf edib ki, ABŞ-ın qırıcı təyyarəsindən atılan bomba İraqın mərkəzindəki Fəlluca şəhəri yaxınlığında İraq təhlükəsizlik qüvvələrinin yerləşdiyi əraziyə düşüb: "Ancaq bu ərazi əsasən "İŞID" terrorçularının nəzarəti altındadır".

O, İraq baş naziri Heydər Əl-Abadiyə hadisəyə görə baş sağlığı verib. Hər iki lider hadisənin araşdırılması barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi