Yuxarı

​ABŞ İranın Yəmənə silah aparan hərbi gəmisini saxlayıb

Gəminin göyərtəsində xeyli silah-sursat olub

Bakı. 4 aprel. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Sirocco" hərbi gəmisi Ərəbistan dənizində İranın Yəmənə doğru hərəkət edən və göyərtəsində xeyli silah-sursat olan gəmisini saxlayıb.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Məlumata görə, İrana məxsus gəmidən 1500 "Kalaşnikov" markalı avtomat silahı, 200 tankəleyhinə əl qumbarası və pulemyot aşkarlanıb.

ABŞ hakimiyyəti bildirib ki, İran bu silah-sursatı Yəməndəki qiyamçılara göndərirmiş.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi