ABŞ: İranın nüvə proqramı ilə bağlı saziş müddətsiz olacaq

ABŞ: İranın nüvə proqramı ilə bağlı saziş müddətsiz olacaq ABŞ dövlət katibinin müavini Entoni Blinken İran- "altılıq" ölkələri danışıqlarını şərh edib
Digər ölkələr
9 İyun , 2015 05:29
ABŞ: İranın nüvə proqramı ilə bağlı saziş müddətsiz olacaq

Bakı. 9 İyun. REPORT.AZ/ İranın nüvə proqramı ilə bağlı saziş müddətsiz olacaq, sənədin tətbiqində isə şəffaflıq prinsipi nəzərə alınacaq ki, istənilən pozuntu faktı tez bir zamanda aşkarlana bilsin. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda ABŞ dövlət katibinin müavini Entoni Blinken deyib.

Onun sözlərinə görə, İran və "altılıq" ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa,Almaniya) arasında davam edən nüvə danışıqlarından ən çox narahat olan dövlət - İsraildir.

"Əslində narahatlığa heç bir səbəb yoxdur. Onu qeyd etmək istərdim ki, İranla imzalanacaq müqavilə müddətsizdir. Tehranın öz nüvə obyeklərini beynəlxalq ekspertlərə açması da vacib amildir. Çünkü biz bu sahəyə ciddi nəzarət etməliyik" - deyə, amerikalı diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi